Böyük Britaniya vətəndaşlığından məhrum edilmiş sabiq İŞİD döyüşçüsü vətəndaşı olduğu Kanadanın onu kürd həbsxanasından geri götürəcəyinə ümid etdiyini deyir.
Kanada rəsmiləri Britaniyadanın qərarından məyus olduqlarını ifadə edərək rəsmi Londonun öz məsuliyyətindən yaxa qurtarmağa can atdığını deyiblər.
Mən özümü həmişə kanadalı kimi hiss etmişəm, atam da kanadalıdır. "Cihadçı Cek" kimi tanınan Cek Letts ITV News telekanalına müsahibəsində Britaniyanın onu vətəndaşlqıdan məhrum etməsindən təəccüblənmədiyini bildirib.
“Düşünmürəm ki, sənin haradan olmağını bir parça kağız müəyyən edir. Mən onsuz da heç vaxt britaniyalı kimi qəbul edilməmişəm. Britaniya vətəndaşlığının elə də bir əhəmiyyəti yoxdur,” Letts deyib. “Mən özümü həmişə kanadalı kimi hiss etmişəm. atam da kanadalıdır.” Fevral ayında ITV News telekanlına müsahibəsində Letts özünə vətən hesab etdiyi Britaniyaya qayıtmaq istədiyini bildirmişdi.
Letts 18 yaşında ikən 2014-cü ildə İŞİD sıralarında döyüşmək üçün Britaniyadan Suriyaya getmişdi. İki il öncə Türkiyəyə qaçmaq istəyərkən Letts kürd döyüşçüləri tərəfindən əsir götürülüb və hazırda onlar tərəfindən saxlanılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?