“İctimai Televiziya haqqında qanunu mən hazırlasam da, İTV-dən küskünəm”
“İctimai Televiziyanın son aylardakı fəaliyyətindən xəbərim yoxdur. Əvvəl çox gözəl, çox yaxşı idi. İsmayıl Ömərovun dövründə hər şey yüksək səviyyədə qurulmuşdu. Guman edirəm ki, İTV o dövrdə qarşıya qoyulan məqsədə nail olmuşdu”.
Virtualaz.org bildirir ki, bunu modern.az-a açıqlamasında "KİV haqqında" və "İctimai Televiziya haqqında" qanunların yaradıcısı olmuş eks-deputat Rizvan Cəbiyev deyib.
“Cəmil Quliyev rəhbərliyə gələndən sonra mən o kanalı izləmirəm. İTV-dən bir az küskünəm. Mən obyektiv insanam, pis olsa, deyərəm pisdir. Amma baxmadığım üçün nə pis, nə də yaxşı deyə bilmərəm. Pis olduğunu güman da etmirəm. Hər halda İTV möhkəm təməl üzərində, işini bilən bir adam tərəfindən qurulub. İsmayıl Ömərov haqqında kim nə demiş olsa da, o televiziya işini mükəmməl bilirdi. İctimai Televiziya haqqında qanunun qəbul olunmasında da yaxından iştirak etdi. O dövrdə Avropanın Azərbaycan İctimai televiziyasından nə istədiyini də yaxşı bilirdi. Müəyyən dairələrdə müəyyən insanlar gözünü yumub İTV-nin ünvanına nə gəldi deyirdi. Əlbəttə, demokratiyadır, hər kəs öz fikrini deyə bilər. Düşünürəm ki, onun dövründə İTV öz işini yüksək səviyyədə qura bildi. Amma 3-5 gün ərzində onu korlamaq mümkün deyil. Yəqin ki, bu gün də yaxşı olar”, – deyə R. Cəbiyev söylədiklərinə əlavə edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?