ABŞ rəsmiləri İsrailin İranın İraqdakı silah anbarını bombaladığını təsdiq edib. Bu hücum İsrailin bölgədəki iranlı qüvvələrə qarşı illərdir davam edən kampaniyasında əhəmiyyətli bir eskalasiyaya işarə edir.
Bu açıqlama İsrailin baş naziri Benyamin Netanyahunun İranın dəstəklədiyi İraqdakı silahlı qüvvələrinə məxsus bazalara və silah-sursat anbarlarına edilən son hava hücumlarının arxasında ölkəsinin dayandığını eyham vurduqdan sonra verilib.
Belə hücumlar ABŞ və İran arasında artan gərginliklər zamanı neytral qalmağa çalışan İraq hökumətinin sabitliyi üçün potensial təhlükə mənbəyidir. Son açıqlamalar ittihamlara uzun müddət aydnlıq gətirməyə çalışan İraq rəsmilərini çətin duruma salır.
Bu həftənin əvvəlində İraqdakı şiələrdən ibarət `Xalq Səfərbərlik Qüvvələri` kimi tanınan təşkilatın sədr müavini hücumları dronlarının həyata keçirdiyini deyərək, İsraili açıq şəkildə ittiham etsə də, sonda Vaşinqtonu günahlandırmış və bir də belə hücumlar törədilərsə, qisas almaqla hədələmişdi.
Bu kimi hücumlar ABŞ və İran arasında artan gərginliklər zamanı neytral qalmağa çalışan İraq və onun kövrək hökumətinin sabitliyi üçün potensial təhlükə mənbəyidir.
Amerikanın iki rəsmisi İran ordusunun iki komandirinin ölümünə səbəb olan silah anbarına hücumu İsrailin törətdiyini bildirib. ABŞ rəsmiləri adlarinin gizli qalmasını istəyiblər.
İyulun 19-da İraqın şimalındakı Səlahəddin əyalətinin Əmirli bölgəsindəkı hərbi bazaya edilən hücum güclü partlayışa və yanğına səbəb olmuşdu.
Sorğu
Yeni dizaynımız necədir?