İran Prezidenti Həsən Ruhani yaxın vaxtlarda Ermənistana səfər edəcək.
Gundemxeber.Az bildirir ki, bunu İslam Respublikasının Yerevandakı səfiri Kazem Sajadi deyib.
"Ermənistanın baş naziri Prezident Ruhanini dəvət edib və İran Prezidenti yaxın həftələrdə bu ölkəyə səfər edəcək", - deyə bazar günü Sajadi bildirib.
Qeyd edək ki, fevral ayında baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan nümayəndə heyəti İran Prezidenti Həsən Ruhaninin dəvəti ilə Tehrana rəsmi səfər etmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?