Dünya ölkələrinin liderləri Fransa prezidenti Emmanuel Makronun xanımı Bricit Makrona Braziliya liderləri tərəfindən onun görünüşü ilə bağlı silsilə təhqirlərin səsləndirilməsindən sonra dəstəklərini ifadə ediblər.
Bu təhqirlər Braziliya prezidenti Jair Bolsonaro və Fransa prezidenti Emmanuel Makron arasında son həftələr Amazon meşələrində yanğınlar və iqlim dəyişikliyi məsələləri ətrafında qızğın mübahisələrdən sonra səsləndirilib.
Bricit Makrona yaxın bir rəsmi çərşənbə axşamı Associated Press agentliyinə onun ayrı-ayrı şəxslər və dövlət başçıları da daxil olmaqla, ictimai xadimlərdən çox sayda dəstək mesajları aldığını bildirib. Rəsmi nümayəndə adının açıqlanmasına icazə verilmədiyi üçün anonym qalmaq şərti ilə danışıb.
Bricit Makron ona simpatiya göstərən braziliyalılara təşəkkürünü bildirib. Onun qızı isə sosial mediada qadınlar haqda seksist şərhlər əleyhinə #balancetonmiso heşteqi ilə kampaniya başlayıb.
Braziliya prezidenti Jair Bolsonaro və Fransa prezidenti Emmanuel Makron keçən ay Amazon meşələrində yanğınlarla əlaqədar bir-birinə sərt şərhlər göndərib. Makron Bolsonaronu ekoloji öhdəliklər barədə yalan danışmaqda günahlandırıb. Bolsonaro isə bildirib ki, Fransa Braziliya ilə müstəmləkə kimi davranmaq istəyir.
Bolsonaronun Facebook-da Makronun həyat yoldaşı haqda təhqiramiz şərhi iki prezident arasındakı gərginliyi daha da artırıb.
Emanuel Makron şərhə cavab olaraq bunları yazıb: "Kədərlidir, kədərlidir. Hər şeydən əvvəl onun özü üçün və braziliyalılar üçün kədərlidir. Düşünürəm ki, braziliyalı qadınlar şübhəsiz ki, prezidentlərinin bu yazısını oxumağa utanırlar. Düşünürəm ki, çox gözəl insanlar olan braziliyalılar prezidentlərinin davranışından utanır və bir prezident olaraq onun başqaları ilə düzgün davranmasını gözləyir."
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?