İslam dünyasının və İraqın tanınmış müctəhidi Ayətullah Seyid Əli Sistani Amerika rəsmilərinin görüşlə bağlı təkliflərini rədd edib.
Gundemxeber.az xəbər verir ki, bunu Ayətullah Sistani Nəcəf şəhərində iranlı din alimi Ayətullah Misbah Yəzdini qəbul edərkən deyib.
Ayətullah Sistani bu görüşdə bildirib ki, 2003-dən başlayaraq, ABŞ rəsmiləri dəfələrlə və müxtəlif vasitələrlə onunla görüşmək üçün təkliflər irəli sürüblər.
Ayətullah Sistani vurğulayıb ki, o, ABŞ qüvvələrinin İraqda olmasını qeyri-legitim bilir və buna görə onlarla görüş təklifini qəbul etməyib.
Eyni zamanda Ayətullah Sistani bildirib ki, müstəmləkəçilər xüsusilə də Britaniya müsəlman dünyası və İraqda təfriqə salmaq üçün müxtəlif vasitələrə o cümlədən intenret səhifələri və sosial şəbəklər üzərindən proqramlara rəvac verməkdədir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?