Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumun arxasında kimin dayanmasına dair ehtimallarımız var.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Vaşinqton qətiyyətli cavab addımlarına hazırdır. Lakin əvvəlcə hücumla bağlı Ər-Riyadın mövqeyini eşitmək istəyirik”, - Tramp bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Pompeo Ərəbistanın neft zavodlarına PUA hücumunun arxasında İranın dayandığını iddia etmişdi. İran isə bu ittihamı qətiyyətlə rədd etmişdi./axar.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?