ABŞ dövlət katibi Mayk Pompeo Birləşmiş Ştatların İrana təzyiqləri davam etdirəcəyini və regionda aqressiyanın qarşısını almağa davam edəcəyini bildirib. Lakin o deyib ki, ABŞ Tehranla gərginliyin artırılmasını istəmir.
“Çox sayda məlumat gəlir, indinin özündə də. İrana göstərilir ki, biz aqressiyanın qarşısını almaq üçün oradayıq” -deyə, ABŞ dövlət katibi Floridada hərbi bazada danışarkən bildirib.
Time jurnalında çərşənbə axşamı günü nəşr edilən müsahibəsində prezident Tramp Tehranın nüvə bombası əldə edə bilməsinə mane olmaq üçün hərbi tədbirlər görülməsinə hazır olduğunu deyib. Lakin ABŞ prezidenti Körfəz regionunda neftin nəqli marşrutunun qorunması məqsədilə hərbi gücdən istifadə etmək məsələsini açıq qoyub.
“Prezident Tramp müharibə istəmir və biz bundan sonra da Amerikanın regiondakı maraqlarını müdafiə etmək üçün lazımi tədbirləri görərək, bu ideyanı çatdırmağa davam edəcəyik. Biz bunu ona görə etməliyik ki, İranı özünü bu şəkildə aparmasının ona xeyri olmadığına əmin etmək imkanı əldə edək” - deyə, Pompeo bildirib.
ABŞ və İran arasında gərginliklər prezident Donald Tramp administrasiyasının keçən həftənin cümə axşamı günü mühüm neft nəqliyyat yolu olan Oman körfəzində iki tankerə qarşı hücuma görə İranı günahlandırmsından sonra daha da artıb. İran hadisədə hər hansı rolu olduğunu rədd edib.
Pentaqon İranın Oman körfəzində xarici neft tankerlərinə hücum etdiyini sübut etmək üçün yaydığı yeni şəkillərdən biri, 18 iyun, 2019. Pentaqon İranın Oman körfəzində xarici neft tankerlərinə hücum etdiyini sübut etmək üçün yaydığı yeni şəkillərdən biri, 18 iyun, 2019. ABŞ Müdafiə Nazirliyi İranın keçən həftə Oman körfəzində xarici neft tankerlərinə hücum etdiyini sübut etmək üçün yeni şəkillər yayımlayıb.
Birləşmiş Ştatlar müdafiə məqsədi ilə Yaxın Şərq regionuna əlavə1000 nəfərdən ibarət əsgəri qüvvənin səfərbər edildiyini bəyan edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?