Gürcüstanın xarici işlər naziri David Zalkaliani oktyabr ayında parlamentdə çıxış edəcək.
XİN başçısının çıxışı müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) müraciəti əsasında baş tutacaq. Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofo Katsarava bildirib ki, D.Zalkaliani “nazir saatı” formatında dinləmədə iştirak edəcək. VMHP D.Zalkalianini Rusiyanın xarici işlər naziri Sergey Lavrovla BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirdiyi görüşündən sonra parlamentə çağırıb.//Report
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?