Rusiya keçən il ölkə boyu məktəblərdə rus dilinin ana dili olması barədə qanun qəbul etdi. Belə bir qanun ölkənin ucqar respublikalarında yaşayan və mədəniyyətlərinin tədricən məhv edilməsindən qorxan etnik azlıqlar arasında narahatlığı artırdı.
Rusiya Federasiyasının uzaq şərqindəki Buryatiya Respublikasında yay tətilindən qayıdan məktəblilər Buryat marşını öz dillərində oxuyur.
Bu, respublikada ana dili monqol dilinə yaxın olan buryat dilindəki bir neçə məktəbdən biridir. Bu dildə 300,000-dən çox insan danışır və buryat dili UNESCO-nun "ciddi təhlükə altında olan" dillər siyahısındadır. Buryatiya Elm və Təhsil Nazirliyindən Bair Jalsanov: “Təəssüflər olsun ki, buryat dilində danışanların sayı azdır, yazanlar isə daha azdır.”
Rusiyanın yeni təhsil qanununa əsasən, rus dili ictimai yerlərdə ana dili olaraq qəbul edilməlidir. Buryat dili kimi etnik dillərin uşaqlarına öyrədib-öyrətməməsi isə valideynlərı və ailələrindən asılıdır. “Rusiya Federasiyasının ərazisində 100-dən çox etnik qrup yaşayır. Bir sinif otağında müxtəlif etnik qrupdan olan şagird ola bilər və hər uşağa onun öz dilində dərs keçmək mümkün deyil” deyə, Bair Jalsanov bildirir.
Buryatiya Respublikasının paytaxtı Ulan-Udedə buryat dilindən istifadə mürəkkəb məsələdir. İkinci dil olmasına baxmayaraq müəssisələr və dövlət idarələrində bu dildən nadir hallarda istifadə edilir. Aleksandr İlayev: “Bu qanun Rusiyanın özünə ziyan vuracaq. Bu, burada yaşayan və Rusiyanı özünə vətən bilən etnik qrupların birliyini təhlükə altına qoyur. Bu qanun milli birliyə hədədir. "
Görmə qabiliyyətinin olmaması Ludub adlı bu gəncin musiqiçi olmasına mane olmayıb. Onun ailəsi buryat dilində danışır. Onun fikrincə, dil mədəni sərvətdir və ana dilini itirmək faciədir. “İnsanların buryat dilində danışmaması dəhşətdir. Təəssüflər olsun ki, bu gün gənclər öz ana dilini bilmir və onlara dillərini öyrənmək üçün stimul verilmir.”
Ludub Rusiyada Buddizmin mərkəzi hesab edilən İvolginskidə bir buddist rahibin oğludur. Şəhərin əsas ibadətgahındakı rahiblərin fikrincə, dilin məhv olması zaman məsələsidir. “Biz aramızda buryat dilində danışırıq, əsasən və kəndlərdə və kiçik qəsəbələrdə. Ulan-Udedə isə qarışıq xalqlar yaşayır və hamı rus dilində danışır” deyə. rahib Radnalama bildirir.
Buryat dilinin yaşayıb-yaşamayacağını yaxın gələcək göstərəcək. UNESCO Rusiyada kökü kəsilməkdə olan 50-dən çox dilin eyni perspektivlə üzləşdiyini - onların əbədi olaraq itirilə biləcəyini deyir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?