İranlı qadınlara qırx ildə ilk dəfə olaraq ölkənin kişilərdən ibarət yığma futbol komandasının oyununda iştirak etmək icazəsi veriləcək.
Tehranda yerləşən idman barının divarında “Yaşa, Sev, Futbol oyna” yazılıb. Dünyanın bir çox ölkəsində bu çərçivələr heç kəsi təəccübləndirməzdi. Ancaq İranda bir neçə il əvvəl bunu təsəvvür belə etmək çox çətin idi. Oyunu izləmək üçün bir otaqda həm kişi, həm də qadınların toplaşmasını görmək. Üstəlik, hamı bir yerdə oturacaq və heç bir ayrı-seçkilik olmayacaq.
Oyun günlərində İranın gənc qadın futbol azarkeşləri ya evdə qalır, ya da milli komandanın oyunlarını böyük ekranda izləmək üçün Tehranın ticarət mərkəzləri və kafelərinə üz tuturlar. Lakin bu, tezliklə dəyişəcək.
İllər boyu kişi kimi geyinərək stadionlara girəndən sonra, iranlı qadınlara oktyabrın 10-da Dünya Kuboku seçmə mərhələsində ölkələrinin Kamboca ilə oyununu izləmək üçün milli stadiona girməyə icazə verilib.
1979-cu il İslam inqilabından sonra, əcnəbi qadınlara kişi komandalarının oyunlarına məhdud giriş imkanı verilsə də, iranlı qadınlarına stadionlara giriş qadağan edilmişdi.
Bir futbol oyunu zamanı stadionda iştirakına görə həbs olunmasına etiraz olaraq özünü yandıran qadın fanatın ötən ay ölümü beynəlxalq diqqəti iranlı qadınların qadağasına yönəldib.
FİFA prezidenti Canni İnfantino iranlılardan qadınların nəhayət stadionlara buraxılacağına dair vədlərini aldığını açıqlayıb.
Ancaq heş də hamı xoşbəxt deyil. Bazar günü dini mühafizəkarlar ölkənin idman nazirinin istefasını tələb edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?