NATO-nun baş katibi Yens Stoltenberqin Türkiyəyə səfəri başlayıb.
Məlumatı “Sabah” yayıb.
Baş katib Türkiyənin Suriyanın şimalında keçirdiyi “Barış pınarı” (“Sülh bulağı”) antiterror əməliyyatına dəstək verdiyini bildirib: “Türkiyənin təhlükəsizlik problemi var. Bu ölkə qorxunc terror hücumlarına məruz qalıb”.
Y.Stoltenberq Türkiyənin fəaliyyətinin ölçülü-biçili olacağına, mülayim davranacağına inandığını bildirərək, rəsmi Ankaranı məsuliyyətli davranmağa çağırıb.
Qeyd edək ki, Y.Stoltenberq oktyabrın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək./Report
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?