Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ mətbuatında İncirlik aviabazası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Çavuşoğlu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı deyib: “İncirlik hərbi bazası ilk növbədə NATO-nun deyil, Türkiyənindir”. Qeyd edək ki, ABŞ-ın “Vol Strit Jurnal” nəşri Ankara və Vaşinqton arasındakı gərginliyə görə Ağ Evin İncirlik aviabazasından əməliyyatları dayandırdığı xəbərini yaymışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?