İran şənbə günü Türkiyənin Suriyanın şimalında kürd qüvvələrinə qarşı hücumundan sonra Türkiyə-Suriya sərhədində təhlükəsizliyin təmin oluması üçün Suriya kürdləri, Suriya höküməti və Türkiyə arasında danışıqlar təşkil etməyi təklif edib.
Təklifi irəli sürən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif 21 il bundan öncə imzalanan təhkükəsizlik sazişinə istinad edib. Həmin sazişdə Dəməşqin Türkiyə dövlətinə hədə olaraq görülən PKK militantlarına sığınacaq verməsinə son qoyması tələb olunur.
Türkiyə ilə Suriya arasında hələ də qüvvədə olan Adana Razılığı təhlükəsizliyi təmin etməyin daha yaxşı yolu ola bilər.
“Türkiyə ilə Suriya arasında hələ də qüvvədə olan Adana Razılığı təhlükəsizliyi təmin etməyin daha yaxşı yolu ola bilər”, Zərif deyib.
“İran süriyalı kürdlər, Suriya höküməti və Türkiyəni bir araya gətirməyə yardım edə bilər ki, Suriya Ordusu Türkiyə ilə birlikdə sərhədi mühafizə etsin”- deyə, o, TRT World kanalına müsahibəsində bildirib.
İranın bu çağırışı Türkiyənin Suriyanın kürd YPG yarı hərbi dəstəsinə qarşı apardığı əməliyyatın dördüncü gününə təsadüf edib. Ankara YPG-ni PKK ilə əlaqəsi olan terror qrupu olaraq görür.
Birləşmiş Ştatlar Ankaranı əməliyyatı dayandırmağa inandırmaq cəhdlərini artırıb və Ankaranın münasibətlərə “böyük ziyan” vurduğunu və sankiyalarla üzləşə biləcəyini bildirib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə axşamı deyib ki, 1998-ci ildə əldə olunan razılıq yalnız Suriyada səkkiz ildir davam edən müharibəyə son qoyulandan sonra tətbiq oluna bilər. O həmçinin deyib ki, Adana razılığının tətbiq olunması üçün Suriya hökümətinin ölkənin şimal-şərqinə nəzarət etməsi lazımdır.
Suriya prezidenti Bəşər Əsədin yaxın müttəfiqi İran Türkiyəni dəfələrlə Suriyanın ərazi bütövlüyünü qorumağa və Suiyanın şimal-şərqində hərbi əməliyyatdan yayınmağa çağırıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?