Britaniya və İspaniya Türkiyəyə Suriyadakı əməliyyatlarına görə, hərbi idxalını dayandırıb.
Britaniyanın xarici işlər naziri Dominik Raab deyib ki, ölkəsi NATO müttəfiqinə silah satışını yenidən nəzərdən keçirir.
"Suriyada istifadə oluna bilən sursat satışı nəzərdən keçirilənədək Türkiyəyə heç bir silah satılmayacaq”- deyə, nazir əlavə edib.
Türkiyənin ən böyük silah idxalçılarından olan İspaniya hərbi malların satışının dayandırldığını bəyan edib.
İspaniyanın sosial hökuməti Türkiyəni əməliyyatlara son verməyə çağıraraq, bunun regional sabitlyə hədə olduğunu bildirib.
İspaniya 2008-2018-ci illərdə Türkiyəyə silah satışına görə ABŞ, Cənubi Koreya, Almaniya və İtaliyadan sonra 5-ci yeri tutub.
London və Madridin bəyanatları Almaniya və Fransa da daxil edilməklə, əsas Avropa ölkələri, NATO müttəfiqlərinin bunabənzər qərarlarından sonra səslənib.
İsveş də silah satışını dayandırdığını bəyan edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?