Vilayət rəsmilərinnin bildirdiyinə görə, üzərlərində bomba olan intiharçıların və silahlı şəxslərin çərşənbə günü Əfqanıstanın Cəlalabad şəhərindəki tikinti şirkətinə hücumu azı 17 nəfərin ölümü ilə nəticələnib.
Nanqarhar vilayəti qubernatorunun sözçüsü Ataulla Xoqyani silahlıların atəşə iki intiharçının bombaları şirkətin qarşısında partlatmalarından sonra başladıqlarını bildirib. Onun sözlərinə görə, hücum zamanı şirkətin bir neçə gözətçisi, iki intiharçı və üç hücumçu daxil olmaqla, hadisə yerində 17 nəfər ölüb.
Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.
Nanqarhar Əyalət Şurasının üzvü Söhrab Qadiri şirkətə hücum zamanı yaralananların xəstəxanaya çatdırıldığını və vəziyyətlərinin çox ağır olduğunu bildirib.
Cəlalabad Pakistan sərhədində yerləşən Nanqarhar vilayətinin paytaxtıdır. 2015-ci ilin əvvəlindən, İŞİD fəaliyyətinə başlayandan bəri bu şəhər militant qrupun əsas istehkamına çevrilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?