"Türkiyə Suriya böhranının siyasi yolla həllini dəstəkləyir və hərbi yolla həllinə inanmır".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT World Forum”dakı çıxışında bildirib. O vurğulayıb ki, terrorçular Türkiyəyə qarşı kimyəvi silahla bağlı qara təbliğat aparır: “Türkiyənin kimyəvi silahının olmadığını beynəlxalq ictimaiyyət yaxşı bilir. PKK/YPG-PYD günbəgün gücləndi və Türkiyəyə qarşı hücumları artırdı. Biz bunun fəal təsirlərini xüsusilə Suriyanın şimal-şərqində gördük. ABŞ və bəzi müttəfqlərimiz İŞİD zərərsizləşdirildikdən sonra belə PKK/YPG-PYD-yə silah yardımı etdi. Təhlükəsiz bölgənin yaradılması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın uzun illərdir gündəliyində idi. Ancaq ABŞ-ın təhlükəsizlik idarəsinin başçılarının öhdəliklərini yerinə yetirmədikləri üçün bunun yaradılmasına nail olmadıq. Təhlükəsizlik bölgəsinin yaradılması istiqamətində fəaliyyət göstərdiyimiz halda, ABŞ terror qruplaşmasını dəstəklədi. YPG-nin geri çəkilmədiyini gördük. ABŞ-ın verdiyi silahlar toplanmadı. Əksinə, terror qruplaşmasına daha çox silah-sursat və hərbi texnika verildi. Müttəfiqlərimizin dəstəyini görmədiyimiz üçün təkbaşına addım atdıq. Terror qruplaşmasına verilən möhlətin başa çatımasına 35 saat qaldı. Bu müddətə onlar təhlükəsizlik bölgəsindən çıxmasa, antiterror əməliyyatına yenidən başlayacağıq”.//Report
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?