VAŞİNQTON – Senatda Respublikaçı çoxluğun lideri Mitç Makkonnell Türkiyənin Suriyaya müdaxiləsini pisləyən və Prezident Donald Trampı ABŞ qoşunlarını Suriyadan çıxarmağı dayandırmağa çağıran qətnamə təqidm edib.
Kentaki ştatını təmsil edən Senator Türkiyəyə sanksiyaları tətbiq edən ikitərəfli qətnaməni hələlik səsverməyə qoymayıb.
Makkonnell deyir ki, NATO üzvü olan Türkiyəyə sanksiyaların tətbiq edilməsi Ankaranı Rusiyaya yaxınlaşdırmaqla əks-effekt verə bilər.
Demokratların üstünlük təşkil etdikləri Nümayəndələr Palatası ABŞ qoşunlarının Suriyadan çıxarılmasını pisləyən qətnaməyə böyük səs çoxluğu ilə səs verib.
Nümayəndələr Palatasındakı Demokratlar gələn həftə Türkiyəyə sanksiyalar tətbiq edəcək ayrıca ölçü üzərində səsvermə keçirməyi planlaşdırırlar.
Makkonnell sanksiyaların tətbiq olunacağını istisna etməyib, lakin Konqresi hələlik gözləməyə çağırıb.
Sorğu
Yeni dizaynımız necədir?