VAŞİNQTON – Amerika Birləşmiş Ştatları vəd edir ki, Əbu Bəkr əl-Bağdadinin ölümünə baxmayaraq, İŞİDə qarşı mübarizəni var gücü ilə davam etdirəcək.
2010-cu ildə İraqda Əl-Qaida təşkilatına rəhbərliyi ələ alıb onu İslam Dövləti adlanan xilafətə çevirməyə cəhd edən Bağdadinin həyatı şənbə günü ABŞ xüsusi qüvvələrinin reydi nəticəsində qaranlıq tuneldə bitdi.
"Bağdadinin məhvi Amerikanın terrorist liderlərə qarşı fasiləsiz təqibini, bizim İŞİD və digər terrorist təşkilatların məğlubiyyətinə götürdüyümüz öhdəliyə sədaqətimizi nümayiş etdirir," ABŞ Prezidenti Donald Tramp Ağ Evdən verdiyi bəyanatda bildirib.
“Biz onun varislərini tanıyırıq və onlar artıq bizim nişangahımızdadır,” Tramp əlavə edib.
Prezident Tramp və onun milli təhlükəsizlik komandası İŞİD liderinin öldürülməsi ilə nəticələnən reydə birbaşa nəzarət edib. Trampın sözlərinə görə, “yüksək dərəcədə həssas material və informasiya” əldə olunub ki, bunlar İŞİD, onun mənbəyi, gələcək planalrı haqda çoxlu məlumatlara detallayır.
Əldə olunan informasiya artıq öz bəhrəsini verməkdədir.
Belə ki, ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qvvələrinin komandiri General Məzlum Əbdi bazar günü İŞİD sözçüsü Əbu Həsən əlk-Mühacirin birgə SDQ-ABŞ reydində öldürülüdüyünü xəbər verib.
O, reydin Carablus qəsəbəsi yaxınlığında həyata keçirildiyini deyib.
Hərbi və kəşfiyyat liderləri xəbərdarlıq edirlər ki, İŞİD əmirlərinin və operativlərinin öldürülməsi təşkilatın bütünülükdə məhv edilməsi demək deyil.
2015-ci ildə ABŞ,-ın rəhbərlikm etdiyi koalisiya orta hesabla hər iki gündən bir yüksək yaxud orta rübtəli İŞİD liderini hava zərbəsi ilə öldürürdü.
ABŞ əks-terror rəsmiləri “baş qoparma” adlandırdıqları həmin zərbələrin İŞİD-ə güclü zərbələr endirdiyini deyirdilər.
Terror təşkilatının Əbu Bəkr əl-Bağdadi kimi təkcə bir lider ətrafında formalaşmaması onun yenilənən şəraitə çevik uyğunlaşmasına imkan verir. Buna baxmayaraq, İslam Dövləti mövcudluğunu davam etdirdi və terror qrupunun nəzarət etdiyi sonuncu ərazi yalnız ötən mart ayında süqut etdi. Bu, öz növbəsində terrorist liderlərin yüksək adaptasiya qabiliyyətindən xəbər verir.
"İŞİD Suriya və İraqda pərən-pərən düşümüş şəbəkləri bir araya gətirərək döyüş meydanını genişləndirməyə çalışır," deyə ABŞ rəsmisi Amerikanın Səsinə bildirib
“Qrup bu şəbəkələrdən zorakılqları artırmaqla və təriqətlərarası gərginlikləri qızışdırmaqla yerli idarəçliyi sıradan çxıarmağa və yenidənqurma işlərini əngəlləməyə səy göstərir.”
Digər indiki və sabiq rəsmilər deyirlər ki, İŞİD-in gücü onun adaptasiyaya meylli fəaliyyət modelindədir ki, bu, başlanğıc nöqtəsindən islamçılar üçün işləyib.
“Bağdadinin simvolik əhəmiyyəti böyükdür,” Milli Kəşfiyyat İdarəsinin sabiq direktoru Ceyms Klapper Amerikanın Səsinə deyib.
Lakin onun sözlərinə görə, təkcə Bağdadinin ölümü İŞİD-ə son qoymağa kifayət etməyəcək.
“İŞİD mərkəzsizləşdirilmiş təşkilat olaraq bu cür sonuclara hesablanmış liderlər yetişdirib,” Klapper deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?