İranın xarici işlər naziri ölkəsinə qarşı sanksiyaları "iqtisadi terrorizm" adlandırıb.
Cümə günü Məhəmməd Cavad Zərif tvit edərək bildirib ki, ABŞ 2015-ci il nüvə sazişinə dönməlidir.
Nazir Amerikanın son sanksiyalarının Vaşinqtonun siyasətinin uğrusuzluğunu nümayiş etdirdiyini deyib.
"ABŞ bu uğursuz siyasətindən əl çəkməli, dünya qüdrətləri ilə əldə edilən razılığa qayıtmalıdr," o bildirib.
Zərif əlavə edib ki, Vaşinqton iranlıları qorxutmağa nail olmayacaq.
Tramp ötən il ABŞ-ı razılıqdan geri çəkərək, İrana yumşaq mövqe tutulduğunu söyləyib və İranı bütün pis niyyətli davranışlarına son qoyacaq yeni razılıq imzalamağa vadar etmək məqsədilə Tehrana qarşı sanksiyaları sərtləşdirib.
Razılığa əsasən İran sanksiyalar mübadilində uranın zənginləşdirməsinə məhdudiyyət qoymuşdu.
Yəməndə qərargahlanan və İranın himayə etdiyi Husilərin törtədikləri dron hücumları nəticəsində Səudiyyə Ərəbistanında yerləşən neftayırma obyektləri yanır. Buqayq, Səudiyyə Ərəbistanı. 14 sentyabr, 2019. Yəməndə qərargahlanan və İranın himayə etdiyi Husilərin törtədikləri dron hücumları nəticəsində Səudiyyə Ərəbistanında yerləşən neftayırma obyektləri yanır. Buqayq, Səudiyyə Ərəbistanı. 14 sentyabr, 2019. Digər məhdudiyyətlər arasında İranın yalnız 5060 ədəd birinci nəsil IR-1 sentrifuqlarından istifadə edə bilərdi.
Ötən aylarda Qırmızı Dənizdə, ələlxüsus İran Körfəzində beynəlxalq neft tankerlərinə edilən hücumlar, lap bu yaxınlarda Səudiyyə Ərəbistanının neft hasilatının yarısını sıradan çıxaran dron hücumları ABŞ-la İran arasındakı gərginlikləri artırıb.
Yüksəkən gərginliklər fonunda Tramp administrasiyası Tehrana qarşı iqtisadi və maliyyə baxımdan əlavə cəzalandırıcı ölçülərə əl atıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?