İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, ABŞ-da yaradılan “fəaliyyət qrupu” İran rəhbərliyini devirməyə çalışır, amma bu, baş tutmayacaq.
Zərif Twetter hesabında yazıb ki, ABŞ rəhbərliyi 65 il əvvəl “Xalq tərəfindən demokratik yolla seçilmiş hökuməti devirdi, indi də eyni şeyi etmək istəyir.
İran şahı Məhəmməd Rza Pəhləvi 1953-cü ildə çevirilişlə hakimiyyətə gəlib,1979-cu il İran İslam İnqilabı ilə yenidən devrilib.
ABŞ dövlət katibi Amerikanın İran siyasəti ilə bağlı işçi qrupunun yaradılğını bildirib.
Bu, Tramp administrasiyasının İslam Respublikasını davranışını dəyişmək üçün göstərdiyi təzyiqlər vaxtına təsadüf edir.
Rəsmilər qrupa hazırda Dövlət Departamentinin siyasi planlaşdırma şöbəsinin direktoru Brayan Hukun rəhbərlik etdiyini bildirib.
Hukun Tramp administrasiyasının ABŞ-ın may ayında razılıqdan çıxmasından öncə avropalı müttəfiqləri ilə İranla əldə edilən nüvə sazişi ilə bağlı müzakirələri nəticə verməmişdi.
ABŞ prezidenti Donald Tramp 2015-ci ildə İranla dünya qüdrətləri arasında Tehranın nüvə proqramını məhdudlaşdırılması müqabilində ölkə iqtisadiyyatına böyük zərər vuran tədbirlərin götürülməsini nəzərdə tutan razılaşmaya əsasən aradan qaldırılmış sanksiyaları yenidən bərpa edib.
Bu sanksiyalar İranın avtomobil sektoru, qızıl və digər qiymətli metallar ticarəti, İran rialı və digər maliyyə transaksiyalarını hədəf alıb.
Tramp İranı noyabrın 5-də ölkənin enerji transaksiyaları və xarici maliyyə qurumlarının İranın Mərkəzi Bankı ilə keçirdiyi əməliyyatları hədəf alan yeni sanksiyalarla təhdid edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?