Rusiya prezidenti Vladimir Putin Sergey Karapetyanın Smolensk vilayətinin baş prokuroru təyin olunması haqda sərəncam imzalayıb.
Gundemxeber.Az xəbər verir ki, 41 yaşlı S.Karapetyan bundan öncə Krasnoyarsk diyarının baş prokuror müavini işləyib.
Qeyd edək ki, Smolensk – Rusiya Federasiyasının mərkəzi və strateji vilayətlərindən biridir. Əhalisi 1 milyona yaxın, ərazisi isə 49779 kvadrat kilometrdir.
Sorğu
Yeni dizaynımız necədir?