Rusiyanın Federasiya Şurası baş prokuror Yuri Çaykanın yeni müavinini təyin edib. Yeni prokuror müavini Rusiya Müdafiə Naziri Sergey Şoyqunun böyük qızının həyat yoldaşı, Moskva Region Prokurorluğunun rəhbəri Aleksey Zaxarov olacaq.
Zaxarovun namizədliyini baş prokuror vəzifəsinə namizədləri təsdiqləyən məclisin yuxarı palatası tərəfindən nəzərdən keçirilməsi üçün Rusiya prezidenti Vladimir Putin təqdim edib.
Baş Prokuror Yuri Çaykanın adı korrupsiya əməllərində hallanır. 2018-ci ilin oktyabrında baş prokuror müavini Saak Karapetyan vertolyot qəzasında ölüb. Bir ay sonra Çaykanın daha iki müavini, İvan Semçişin və Aleksandr Qutsan istefa verib. O zamandan prokurorluğa daha iki müavin vəzifəsi vakantdır.
Yanvar ayında baş prokuror Çayka baş nazir Dmitri Medvedevdən prokurorların maaşlarını hakimlərə bərabər tutmağı – yəni təxminən ikiqat artırmağı xahiş edib.
2015-ci il dekabrın 1-də Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondu oğulları da daxil olmaqla Çaykanın ətrafının biznesi ilə bağlı araşdırmaçı film nümayiş etdirib. Çayka istintaqın xüsusi sifariş xarakterli olduğunu bildirib. Baş prokurorun sözlərinə görə, sifarişçi Uilyam Brauder və onun arxasında duran xarici kəşfiyyat xidmətləridir.
Yuri Çayka, Rusiya Baş Prokuroru Yuri Çayka, Rusiya Baş Prokuroru 2017-ci ilin dekabrında ABŞ Maliyyə Nazirliyi baş prokurorun övladlarından biri olan Artyom Çaykanı "Magnitski Siyahısı"na salıb. Nazirlik hesab edir ki, Artyom Çayka atasının rəsmi mövqeyindən hökumət müqavilələri almaq və rəqiblərinə təzyiq göstərmək üçün istifadə edib.
Rusiya baş prokurorunun oğlu "Magnitski sanksiyalar siyahısı"na salınmasını "prokurorluğa təzyiq göstərməyə cəhd" adlandırıb. Onun deyib ki, ABŞ hökümətinin cəhdləri "uğursuzluğa məhkumdur."
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?