ABŞ-ın Maliyyə Nazirliyi İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Çəhrominin adını sanksiyalar siyahısına salıb.
Gundemxeber.Az xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yer alıb. Məlumatda qeyd olunur ki, İranda internetə çıxışı məhz bu adam məhdudlaşdırır. Nəzərə çatdırılıb ki, noyabrın 16-da İranda baş verən kütləvi aksiyalar zamanı əhalinin internetə çıxışı tamamilə kəsilib. Bunun da günahkarı Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Çəhromidir.
Yerli mətbuat yazır ki, 2 ay əvvəl ABŞ administrasiyası İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin adını da sanksiyalar siyahısına salıb. Lakin dəyişən heç nə yoxdur. Nə Xarici İşlər, nə də Rabitə və İnformasiya Texnologiyaları nazirlərinin xarici banklarda aktivləri yoxdur. Odur ki, bu nazirlərə qarşı tətbiq edilən sanksiya psixoloji təzyiqdən başqa bir şey deyil.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?