İranın zəngin, həyatının üçdə bir hissəsini ABŞ-da yaşayan diplomatı Vaşinqtonn sanksiyalarının hesabları və gələn günlər ərzində ABŞ-a səfərinə məhdudiyyətlər qoyması ilə üzləşəcək.
Ağ Evdə bazar ertəsi keçirilən brifinqdə maliyyə naziri Steven Mnuçin deyib ki, prezident Tramp ona həftənin sonunadək İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksyalar tətbiq edilməsinə göstəriş verib.
Birləşmiş Ştatlar İran hökümətinin davranışlarını dəyişməyə vadar etmək məqsədilə ölkə iqtisadiyyatına əlavə təzyiq göstərmək üçün bazar ertəsi İrana qarşı yeni sanksiyalar tətbiq edib.
ABŞ prezidenti Donald Tramp "ağır zərbəli" sanksiyaların İranın ali ruhani lideri Ayətulla Əli Xameneyini hədəf aldığını deyib.
Sanksiyaların tətbiqinə dair ABŞ dövlət başçısının imzaladığı sənəd Xameneyi və onun ölkəsinin dünya maliyyə bazarlarına çıxışını məhdudlaşdıracaq.
Amerikanın maliyyə naziri Steven Mnuçin bildirib ki, bu addım sözün əsl mənasında İranın on milyardlarla dollarlıq əmlakını "qıfıllamış" olacaq.
Zərif İranın 12 üzvlü Milli Təhlükəsizlik Şurasında yer alır. Şura üzvləri Xameneyinin tövsiyələri altında İranın daxili və xarici siyasətini yürüdür.
“Zərifin İranın ali ruhani lideri, İran prezidenti Həsən Ruhani və digər kabinet nazirlərinə yaxın olduğuna şübhə etməməlidir” - deyə, sabiq prezident Barak Obamanın hakimiyyəti dövründə Zəriflə müzakirə aparan nümayəndə heyətinin baş müzakirəçisi Uendi Şerman Amerikanın Səsinə bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?