Kabildə BMT-nin avtomobilinin hədəf alındığı bomba hücumunda azı bir xarici vətəndaş öldürülüb.
Əfqanıstanın Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Rəhimi BMT-nin iki əfqan işçi də daxil olmaqla, beş nəfərin yaralandığını bildrib. Hücum nəticəsində avtomobilə ciddi zərər dəyib.
Rəhiminin bildirdiyinə əsasən, BMT avtomobilinin hədəf alındığı bomba hücumu Kabilin ən məşğul yollarından birində törədilib.
BMT hücumu qınayıb və bir nəfər xarici işçinin öldüyünü təsdiq edib. Təşkilat bazar günü gecə törədilmiş hücum nəticəsində biri xarici, biri isə əfqan olan daha iki işçisinin yaralandığını bildirib.
Hələlik hücuma görə məsuliyyəti heç kəs öz üzərinə götürməyib. Lakin həm Taliban, həm də İslam Dövləti ekstremist qrupu paytaxt Kabildə aktivdir və bundan öncə bir neçə dəfə görə hücumlara görə məsuliyyətini öz üzərinə götürüb.
Bazar günü Əfqanıstanın Daykundi vilayətində Taliban militantlarının təhlükəsizlik qüvvələrinin yoxlama məntəqəsinə hücumu zamanı isə səkkiz əsgərin öldürüldüyü bildirilir. Vilayətin qubernatoru Ənvər Rəhməti dörd saat sürən döyüş zamanı dörd əsgərin yaralandığını bildirib.
Qubernator noyabrın 24-də Kacran bölgəsinə hərbi yardımın göndərilməsi nəticəsində üsyançıların ərazidən çıxarıldığını və 20-dən çox üsyançının öldürüldüyünü deyib.
Talibanın sözçüsü Qari Yusif Əhmədi qrupun yoxlama məntəqəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. O, qubernatorun Taliban döyüşçüləri arasında tələfatlarla bağlı məlumatına etiraz edərək, üsyançıların silah və döyüş sursatı ələ keçirdiyini deyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?