Ötən günlərdə İran və güney Azərbaycan şəhərlərində keçirilən kütləvi etiraz aksiyalarında çox sayda soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib, onlardan 3-nün kimliyini müəyyənləşdirmək mümkün olub.
Zəncan sakini olan Əmir Hüseyn Abbasi noyabrın 16-da yaşadığı şəhərdə keçirilən etiraz aksiyasında öldürülüb, o evlidir, üç uşağı var.
Mir Salman oğlu Seyid Əli Fətuhi Kuhsare isə Ərdəbil sakini olub. Yaşadığı şəhərdə keçirilən aksiyada qətlə yetirilən soydaşımızın evli olduğu bildirilir.
Əli Hüseyni isə Təbriz şəhərində yaşayıb. O Təbrizin “Bağ meşə” məhəlləsində keçirilən aksiyada İranın təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.
Güney Azərbaycan əyalətləri, həmçinin Tehran və Kərəc şəhərlərində keçirilən aksiyalarda çox sayda soydaşımız öldürülüb, lakin onların kimliyini dəqiq olaraq müəyyənləşdirmək hələ ki mümkün olmayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?