İranın ümumumtəhsil müəssisələrində qeyri-fars dillərin qadağan edilməsinə etirazlar davam edir.
gundemxeber.az teleqraf.com-a istinadən xəbər verir ki, Ərdəbil, Təbriz, Parsabaddan sonra İran hakimiyyətinin irqçi siyasətini pisləyən şüar Güney Azərbaycanın ən yüksək zirvəsi olan Savalan dağında da asılıb. Güneydən olan azərbaycanlı milli fəallar və tələbələr dağın zirvəsində “Türk dili Azərbaycan millətinin qırmızı xəttidir” yazılmış banner qaldırıblar. Ötən günlərdə Təbriz, Parsabad, Ərdəbil, Çaypara və Urmiya şəhərlərində də buna oxşar aksiyalar keçirilib. Qeyd edək ki, İranın Təhsil naziri Məhəmməd Bəhtayi məktəblərdə qeyri-fars dillərin qadağan edildiyini açıqlayıb. Nazirin irqçi fikiləri Güney Azərbaycanda etirazlara səbəb olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?