İranda hökümət əlehinə olan etirazlar son 40 ilin ən böyük etiraz aksiyasıdır. Etirazlara ölkə boyunca 200min insan qatılıb. Millət vəkillərindən biri bildirib ki, etirazlar zamanı 7 min insan həbs olunub.
İranın Ali dini lideri Ayətullah Əli Xamenyi iğtişaşlar zamanı göstərilən zorakılıqları rədd edərək, etirazları "çox təhlükəli bir qəsd" kimi xarakterizə edib.
Amnesty International bu həftənin əvvəlində ən az 143 etirazçının ölümünü sənədləşdirdiyini bildirir. Rəsmi Tehran isə ölümlərlə bağlı bütün məlumatları rədd edir.
İğtişaşlar başladıqdan sonra İran höküməti ölkədə interneti blokadığı üçün etirazlar haqqında məlumat almaq çətinləşib.
İranın rəsmi xəbər agentliyinə müsahibə verən Daxili İşlər Naziri Əbdulreza Rəhmani Fəzli 731 bank, 70 yanacaqdoldurma məntəqəsi və 140 dövlət idarəsinin yandırıldığını deyib. Həmçinin güc sturkturlarının istifadə etdiyi 50-dən çox bazaya hücum olunduğunu da bildirib.
İranda gündəlik benzin ishehsalı əvvələr 98 milyon litr idisə, qiymət artımından sonra bu rəqəm 20 milyon litrə qədər azalıb. Neft naziri Bijan Zənqane bu barədə məlumatı yarı-rəsmi ISNA xəbər agentliyinə bildirib.
ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, Vaşinqtona iranlılardan bu ölkədə baş vermiş etiraz aksiyaları zamanı “insan haqları pozuntularını əks etdirən” 20 minədək mesaj, video, foto və məktub gəlib.
Noyabrın 26-da keçirilən brifinqdə Pompeo müxbirlərə deyib ki, Birləşmiş Ştatlar İran rəsmilərinin etiraz aksiyaları ilə bağlı hərəkətlərinə görə cəzalandırılmasını davam etdirəcək.
Sorğu
Yeni dizaynımız necədir?