Dünən "Hayastan" Ümumerməni Fondu tərəfindən növbəti - 22-ci "xeyriyyə" telemarfonu keçirlib.
Gundemxeber.Az bildirir ki, hər il ənənəvi olaraq təşkil olunan "xeyriyyə" telemarfonu vasitəsilə erməni diasporundan işğal altında olan Dağlıq Qarabağda və Ermənistanda həyata keçiriləcək layihələr üçün pul toplanır. Dünən ABŞ-ın Los-Anceles və İrəvan şəhərlərində keçirlən telemarofona Ermənistanın Şirak, Tavuş, Lori bölgələrindən və işğal altında olan Dağlıq Qarabağdan infrastruktur layihələr təqdim olunub. Bu layihələr əhalinin davamlı su ilə təmin olunması ilə bağlı olub. Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirak etdiyi telemarafon 14 saata yaxın davam edib. Ermənistan mətbuatının yazdığına görə, telemarafon başa çatdıqdan sonra məlum olub ki, ümumilikdə 9 milyon 856 min 100 dollar vəsait yığılıb. Yığılan vəsait ötənilki telemarafonda toplanan vəsaitdən təxminən 1,2 milyon dollar az olub. Yeniavaz.com xəbər verir ki, 1997-ci ildən etibarən keçirilən telemarafonla bağlı maraqlı məqamlardan biri ildən-ilə toplanan vəsaitin azalması ilə bağlıdır. Belə ki, ötən il ümumilikdə 11 milyon 109 min 633 dollar vəsait yığılıb. Ən çox vəsait 2008-ci ildə keçirilən telemarafonda yığılıb. 2008-ci ildə Fond 35 milyon dollar yığıb. Qeyd edək ki, Hayastan" Ümumerməni Fondu 2016-cı ildə 15 milyon 428 min 777 dollar, 2017-ci ildə isə 12 milyon 505 min 456 dollar toplaya bilib. Yığılan vəsaitin ildən-ilə azalması baş nazir Nikol Paşinyanın da etirazına səbəb olub. O canlı yayım vasitəsilə erməni diasporunun tanınmış üzvlərindən olan Serj Tankyan, Kim Kardaşyan və Aleks Ohanyana müraciət edərək onların digər ermənilərə nümunə olmalı olduğunu bildirib. Paşinyan deyib ki, bu şəxslər hər ay Fonda vəsait ödəməlidirlər: "Dünyada 5 milyon erməni yaşayır. Onların hər biri ayda 200 dollar yardım etsələr bu hər il 1 milyard dollar edər".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?