İrəvanda erməni baş nazir Paşinyan Azərbaycanın Qarabağ uğrunda mübarizəsini qaralamaq, ləkələmək üçün Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın öz torpaqları uğrunda müharibə kimi deyil, İŞİD-lə qarşıdurma kimi təqdim etməyə cəhd edir və bununla Qərbin, ABŞ-ın onsuz da var olan dəstəyini artırmağa çalışır.
Azərbaycanın milli qürur məsələsini dini kontekstə gətirməyə çalışır. Mediyada yayılan məlumatlardan gördüyümüz kimi, İŞİD-in Qərbin Yaxın Şərqin işğalına haqq qazandırmaq üçün səhnəyə gətirildiyi sirr deyil. Qərbin dəstəyinin möhkəmləndirmək və itirməmək üçün məsələni dini fonda əks etdirməyə çalışan Paşinyan qarayaxma kampaniyasını həyasızlıqla yaymağa çalışır. Mümkündür ki, onu buna ABŞ-ın köməyi ilə məxməri inqilab nəticəsində "küçədən" gəldiyindən ABŞ-ın ondan istədiklərinə etiraz edə bilməmək və bir yandan da Rusiyanın dəstəyni itirmək, Azərbaycanın Belorusiya və Rusiyadan silah alması qorxusu məcbur edib. Bunu KTMT ölkələri tərəfindən Azərbaycana silah satılması ilə bağlı “Mənim Addımım” fraksiyasının deputatı Mikayel Zolyanın sualına cavab verdiyində bildirib. “Bişkekdə mən bu məsələni tam başqa bir kontekstdə qaldıraraq dedim ki, KTMT regionumuzda və xüsusilə DQ münaqişəsi zonasında yeni eskalasiyanın qarşısını almaq üçün bütün imkanlara malikdir, lakin mən göstərdim ki, bu halda söz yalnız Ermənistanın təhlükəsizliyi deyil, KTMT ölkələri və ümumən regionumuz üçündü. Düşünürəm ki, DQ münaqişəsi zonasında yeni hərbi eskalasiya olsa, bu, Suriyada öz dəstəyini itirmiş İslamist terrorçuları üçün maraqlı bir mühit olacaq. Onlar üçün bu vəziyyətdə olan Azərbaycan yaxşı bir dayaq nöqtəsi ola bilər. İslam Dövləti terror qruplaşmasının tərkibində Azərbaycanın bir çox vətəndaşlarının olması barədə məlumatlarımız var və səhv siyasət nəticəsində onlara Azərbaycanda öz dayanıqları genişləndirmə imkanı verilsə, onlar üçün cənub, şimal, qərb və şərq istiqamətlərində fəalliyət göstərmək çox uyğun olacaq. Bu istiqamətlərdən ən azı ikisində KTMT ölkələridir. Tərəfdaşlarımız bu məsələyə öz təhlükəsizliyi baxımından ciddi yanaşmalıdırlar”,-deyə o qeyd edib (sitat).
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?