Son vaxtlar Qərbin Ermənistanı Rusiyadan qoparacağı ilə bağlı fikirlər səslənir. Maraqlıdır, bu iddiaların yetərincə əsası varmı və əgər doğrudan da Rusiya Ermənistanı itirəcəksə, bu, həm də Qarabağ məsələində Azərbaycanın işinə yaraya bilərmi?
ADR sədrinin müavini Səxavət Əlisoy bu barədə deyilənləri ciddi qəbul etmədiyini vurğuladı:
“Qərbin Ermənistanı Rusiyadan qoparması çox çətin məsələdir. Rusiyanın bir vilayəti Kreml üçün hansı əhəmiyyət kəsb edirsə, Ermənistan da eyni əhəmiyyət kəsb edir. Ermənistanın Rusiyadan alınması üçün Qərbin uzun müddət ardıcıl siyasət yürütməsi gərəkdir. Və ən əsası, Ermənistan Qərb üçün mühüm önəmə malik olmalıdır ki, bu addım atılsın. Kəsəsi, bu, heç bir halda inandırıcı görünmür. Sadəcə, Qərb Rusiyanın zəifləməsi durumunda bu istiqamətdə aktivlik göstərə bilər. Rusiya isə bəzilərinin düşündüyü kimi zəif deyil. Kreml Gürcüstanda, Ukraynada işğalçılıq siyasəti yürütməkdədir və özünün ən böyük rəqibi olan ABŞ ilə dünyanın bölünməsi yönündə ciddi mübarizə aparır. Bu tip söhbətlər yalnız Rusiyanın parçalanmasından sonra gündəmə gələ bilər. Başqa sözlə, bu məsələnin zamana ehtiyacı var. O ki qaldı Qarabağın xilasına, burada nə Ermənistanın Rusiyadan qoparılmasını, nə də Rusiyanın zəifləməsini gözləməyə gərək yoxdur. Günü bu gün torpaqlarımızın işğaldan azad olunması üçün səfərbərlik elan olunmalı və hərb yolu ilə vətənin bütövlüyü təmin olunmalıdır. Diplomatik yolun faydasız olduğunu bütün dünya bilir”./moderator.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?