Gundemxeber.az Publika.az-a istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın qonağı olacaq. ABŞ mətbuatının ali səlahiyyətli rəsmilərə istinadən verdiyi məlumata görə, görüşə Dövlət Departamentinin rəhbəri Mayk Pompeo da qatılacaq. Toplantının gündəmi ölkələrarası münasibətlər olacaq. Qeyd edək ki, Donald Trampın impiçmenti hələ tamamlanmayıb. Belə vəziyyətdə Lavrovun Vaşinqtona səfəri diqqət çəkir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?