Facebook Sosial Şəbəkəsində İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri, Vilayət Fəqihin nümayəndəsi Ocaq Nejat ağa haqqında material yayılıb.
Siğə adı altında 16 yaşlı bir qadını zorlamaqda ittiham olunan Ocaq Nejat ağanın Bakı kəndlərinə girməsinin qadağan olunduğunu iddia edən müəllif nüfuzlu dindarın 30 dəqiqəlik siğəyə də razılıq verdiyinə dair şok video yayıb. Ehtimal olunur ki, ölkədə müsəlmanlara qarşı düşmənçilik edən xüsusi qruplar nüfuzlu din xadimini buy olla nüfuzdan salmaq istəyirlər. İran Mədəniyyət Mərkəzi ilə əlaqə saxladıqda, telefonda bizim əməkdaşımızla danışan şəxs özünü təqdim etməkdən imtina etsə də, Ocaq Nejat ağanın Bakıda olmadığını bildirdi: “Ağa gəlincə, suallarınızı ona verərsiniz” deyərək, telefonu qapatdı.
Sorğu
Yeni dizaynımız necədir?