İran Prezidenti Həsən Ruhani İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” bölməsinin öldürülən komandanı Qasım Süleymaninin ailəsini ziyarət edib.
Gundemxeber.Az bildirir ki, Qasım Süleymani ABŞ-ın həyata keçirdiyi hava zərbəsi nəticəsində Bağdad aeroportuna həlak olub. Onunla birlikdə İraqın “Əl-Xaşd əş-Şaabi” şiə könüllülərinin bir sıra liderləri də öldürülüb, 12 hərbçi yaralanıb.
Pentaqon bildirib ki, bu zərbə İranı gələcək hücum planlarından çəkindirmək məqsədi daşıyır.
İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi ölkədə üç günlük matəm elan edib.
Əli Xamneyi, həmçinin general İsmayil Kiyanini SEPAH-ın “Qüds” bölməsinin komandanı təyin edib.
Sorğu
Yeni dizaynımız necədir?