İranın Ali lideri ayətullah Seyid Əli Xamenei general Qasım Süleymaninin ölümü münasibətilə ölkədə 3 gün matəm elan edib.
Xamenei Qasım Süleymani və Mehdi Əl-Mühəndisin yaxınlarına başsağlığı verib.
“İran xalqı Qasım Süleymani və onunla birlikdə şəhid olan Əbu Mehdi Əl-Mühəndisin xatirəsini həmişə əziz tutacaq. Ölkədə 3 gün matəm elan edirəm”, - deyə Xamenei vurğulayıb.
Xatırladaq ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsin də İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb./APA
Sorğu
Yeni dizaynımız necədir?