Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-da yalan qeyd yazıb və iddia edib ki, guya Ermənistan adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcminə görə Azərbaycanı ötüb.
Ən maraqlısı odur ki, bu məlumat dərhal bütün Ermənistan mediası tərəfindən yayılıb.
O da maraqlıdır ki, şərhində Nikol Paşinyan Beynəlxalq Valyuta Fondunun rəsmi saytına istinad edib.
Ancaq Paşinyan tezliklə səhvini etiraf etməli olub və mesajında düzəliş edib: məlum olub ki, o, 2019-cu ilin rəsmi məlumatlarını proqnozlarla qarışdırıb.
Əslində isə adambaşına düşən ÜDM-in həcminə görə Ermənistan Azərbaycandan geridədir və yalnız Gürcüstanı qabaqlayır. Belə ki, ötən il Ermənistanda bu göstərici 4.53 min dollar, Azərbaycanda 4.69 min dollar, Gürcüstanda isə 4.29 min dollar olub./virtualaz.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?