[b]Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində qol saatlarını nümayiş etdirib və onların qiymətini açıqlayıb.
“Artıq xeyli vaxtdır ki, müzakirələr gedir ki, guya mən 50 min dollarlıq saat taxıram və hətta heç bundan xəbərim də yoxdur”, deyə Paşinyan yazır.
Paşinyan bunun ardınca saatlarını göstərib və onlardan birinin təxminən 155, digərinin isə 215 dollar olduğunu bildirib.
Onun sözlərinə görə, bu saatlar yerli istehsaldır və onları Yerevandakı brend mağazalardan birindən alanda ona azacıq endirim də ediblər.
“Bu saatları öz vədimə əsasən almışam. Demişdim ki, yalnız yerli paltar, yerli ayaqqabı geyəcəm, yalnız yerli saat taxacam. Bu vəzifə həm də yerli istehsalçıların inkişafına və ölkəyə investorların cəlbinə xidmət etməlidir. Biz Ermənistanı sənaye ölkəsinə çevirməliyik”, deyə Paşinyan vurğulayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?