İran 2015-ci ildə Vyanada imzalanan Beynəlxalq Nüvə Razılaşmasının tələblərini pozmağa davam etsə, 1-2 ilə nüvə silahına yiyələnəcək.
Gundemxeber.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Fransa Xarici İşlər naziri Jan İv Lö Drian yerli radiolardan birinə açıqlamasında deyib.
Qeyd edək ki, SEPAH-ın Qüds komandiri, general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra İran hökuməti nüvə razılaşmasındakı öhdəliklərinin heç birinə əməl etməyəcəyini açıqlamışdı. İran həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyi ilə işləməyə davam edəcəyini, sanksiyaların ləğvi və maraqların təmin ediləcəyi halda Tehran rəhbərliyinin razılaşmaya qayıtmağa hazır olduğunu bəyan etmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?