ABŞ prezidenti Donald Tramp cümə axşamı deyib ki, dron hücumu nəticəsində öldürülən İran generalı Qasım Süleymani ABŞ-ın Bağdaddakı səfirliyini partlatmağı planlaşdırırdı.
Tramp və onun müşavirləri ötən həftə İraqın paytaxtında hava limanında öldürülən Süleymaninin həmin zaman hansı “qaçılmaz təhlükə” törətdiyini açıqlamağı rədd etdiklərinə görə müxalif demokrat qanunvericilərin və bəzi respublikaçıların kəskin tənqidləri ilə üzləşib.
Lakin Ağ Evdə çıxış edən Tramp deyib ki, “Biz bunu ona görə etdik ki, o bizim səfirliyimizi partlatmaq istəyirdi. Biz bunu həmçinin başqa açıq-aydın səbəblərdən dolayı etdik. Bir nəfər öldü, bizim ordumuzdan bir nəfər öldü. Bundan bir həftə öncədə bir neçə insan ağır xəsarətlər almışdı”.
Tramp administrasiyasının rəsmiləri daha öncə İran İnqilab Keşikçiləri Korpusuun komandiri olan Süleymanini İraq və Livanda iğtişaşları qızışdırmaqla Amerika silahlı qüvvələrinin əsgəri və podratçısını öldürməkdə günahlandırıb. Lakin onlar Süleymaninin öldürülməsinin spesifik səbəblərini açıqlamayıb. Bu həftə keçirilən bir neçə birifinqdən sonra bəzi qanunvericilər Süleymaninin törətdiyi qaçılmaz təhlükəyə dair dəlillərin zəif olduğundan şikayətlənib.
ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisi deyib ki, Trampa İranın törətdiyi təhlükələrə cavab olaraq Süleymaninin öldürülməsindən başqa irəli sürülən digər seçimlər arasında daha çox insanın ölümünə səbəb olacaq tədbirlər var idi.
Trampın sözləri ABŞ rəsmiləri İranın çərşənbə günü Süleymanini öldürülməsinə cavab olaraq İraqdakı bazalara balistik raket hücumları ilə Amerika qüvvələrini öldürmək niyyətində olduğunu düşündüklərini deməsindən sonraya təsadüf edib. Onlar Tramp çərşənbə günü Ağ Evdəki çıxışında Tehrana yeni iqtisadi sanksiyaların tətbiq olunacağını və "belə görünür, İran ABŞ-la yeni münaqişədən qaçınır” deməsindən sonra bu nəticəyə gəlib.
"Biz Amerika bazalarına atılan balistik raketlərin amerikalıları öldürmək məqsədi daşıdığına inanırıq" - deyə, vitse-prezident Mayk Pens cümə axşamı NBC şəbəkəsinə müsahibəsində bildirib. "Bizim iranlıların məqsədinin bunun olduğunu sübut edən kəşfiyyat məlumatlarımız var", o əlavə edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?