“ABŞ-ın Qərbi Asiyadakı nifaqçı varlığının sonu başlayıb”.
Bunu İranın xarici işlər naziri Məhəmmədcavad Zərif “Twitter” hesabında bildirib.
İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının İraq paytaxtı Bağdadda öldürülən komandiri general Qasım Süleymaninin vida mərasimindən fotolar paylaşan XİN başçısı daha sonra yazıb: “Əvvəl belə insan seli görmüsənmi, Tramp? Bölgəmizlə bağlı müzakirələrdə hələ də təlxəklərimi dinləmək istəyirsən? Hələ də bu böyük dövlətin xalqının iradəsinin qırıla biləcəyinimi düşünürsən?”.
Qeyd edək ki, Q.Süleymani yanvarın 3-də İraqın paytaxtı Bağdadda ABŞ-ın endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Yanvarın 6-da Tehranda onunla və və digər hərbçilərlə vida mərasimi keçirilib. Q.Süleymani yanvarın 7-də doğulduğu Kerman şəhərində dəfn olunacaq.//Report
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?