GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ermənistan Məhkəmədə cavabdeh qismində dindiriləcək

Ermənistan Məhkəmədə cavabdeh qismində dindiriləcək

Tarix: 21-01-2020, 13:29 Bölmə :Dünya Baxış: 351
Ermənistan Məhkəmədə cavabdeh qismində dindiriləcək


Ermənistan, Azərbaycanın işğal altında saxladığı ərazilərdə yol verdiyi vandallığa görə Avropa Məhkəməsində cavabdeh qismində dindiriləcək.

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyi 05 Yanvar 2011-ci ildə Ermənistana qarşı, Avropa məhkəməsində Məhkəmə iddiası qaldırdı.



İddia ərizəsinin № 52323/11 – ilə qeydə alındığı barədə Hüquqşünas Sadiq Bağırovun ünvanına 26 avqust 2011-ci il tarixdə Strasburqdan cavab gəldi.

Ermənistan Məhkəmədə cavabdeh qismində dindiriləcək


Ərizədə, İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 34-cü maddəsinə və Məhkəmə Reqlamentinin 45-ci və 47-ci maddələrinə uyğun olaraq, Ağdam şəhərindəki Cümə Məscidi, Ağdam rayonu ərazisindəki Şahbulaq qalası, Laçın rayonu Kosalar kəndindəki Ağoğlan monastırı, Laçın Tarix-Diyarşunaslıq Muzeyi, Kəlbəcər Tarix-Diyarşunaslıq Muzeyi, Kəlbəcər rayonunun Vəng kəndindəki Gəncəsər (Qandzasar) Monastırı, Şuşa şəhərindəki Aşağı Gövhərağa Məscidi, Şuşa şəhərindəki Yuxarı Gövhərağa Məscidi üzərində törədilən vandalizm aktları qeyd olunur. Ermənistan bu hərəkətləri ilə Konvensiyanın 8-ci maddəsini və 1 saylı Protokolun 1-ci maddəsini kobud şəkildə pozulduğu açıq şəkildə qeyd olunur.

Müraciətdən 9 il sonra Yəni 30 Oktyabr 2019-cu il tarixdə Avropa Məhkəməsi bizə müraciət göndərdi. Əlbəttə biz də öz növbəmizdə şikayətimizi davam etdirəcəyimizi bildirdik. Bu hal ümid verir. Qeyd edək ki, Ermənistan, Azərbaycanın işğal altında saxladığı ərazilərdə yol verdiyi vandallığa görə Avropa Məhkəməsində cavabdeh qismində dindiriləcək.

Ermənistan Məhkəmədə cavabdeh qismində dindiriləcək


Vandalizm aktları birmənalı şəkildə beynəlxalq qanunlar və konvensiyalarda yolverilməz hesab edilir. 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya" müharibə dövründə mədəni mülkiyyətin qorunmasına həsr olunmuş ilk beynəlxalq müqavilədir. Bu Konvensiyaya əsasən, hücum edən tərəfin mədəni mülkiyyətə hörmət edib qorumaqla yanaşı, həm də işğal edilmiş ərazilərdə bu mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində konstruktiv addımlar atmaq öhdəliyi var.

Konvensiyaya üzv dövlətlər “mədəni mülkiyyətə qarşı yönəlmiş vandalizm aktlarını qadağan etmək, qarşısını almaq və zərurət yaranarsa, mədəni mülkiyyətə qarşı yönəlmiş oğurluq, qarət və qanunsuz mənimsənilmənin istənilən formasına son qoymaq" barəsində razılığa gəliblər.

Ermənistan Məhkəmədə cavabdeh qismində dindiriləcək


1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndi. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir.

Eyni zamanda “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası və “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyasıda təsbit edilən müddəalara əsasən silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı əməllər, beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur.

Ermənistan Məhkəmədə cavabdeh qismində dindiriləcək


Bundan başqa Haaqa konvensiyasında konvensiyanın tətbiq edilməsi qaydaları müəyyən edən icraedici reqlament və işğal edilmiş ərazilərdən mədəni dəyərlərin çıxarılmasını qadağan edən protokol da qəbul edilmişdir.

Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitə (2011-2015) Komitəyə üzv olduğu müddətdə 21 dekabr 2012-ci il tarixində Parisdə YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitənin 7-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qərar qəbul edilmişdir.

Qərarda işğalçı ölkələr tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında hesabatın verilməsi öhdəliyi və bu ərazilərə texniki missiyalarının göndərilməsi imkanları əks olunmuşdur. 18-19 dekabr 2013-cü il tarixində Parisdə keçirilən YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitənin 8-ci Sessiyasında qəbul edilmiş digər sənəddə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolunda işğal edilmiş ərazilərə aid müddəaların hüquqi təhlili, onların həyata keçirilməsi mexanizmləri, monitorinq məqsədilə YUNESKO tərəfindən texniki missiyalarının göndərilməsi, YUNESKO-nun Baş Direktoru tərəfindən BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisində qəbul olunacaq qətnamələrdə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin diqqətə çatdırılması və s. öz əksini tapmışdır.

Azərbaycan Respublikası, UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinə üzv seçilməsi, Azərbaycana işğal altında qalan tarix və mədəniyyət abidələrinin qorunması haqqında qəbul edilmiş beynəlxalq hüquqi sənədlərdən yararlanmaq imkanı verir. Beləki Komitə, Azərbaycana onun işğal altında qalan tarix və mədəniyyət abidələrinin qorunmasına nəzarət edilməsinə şərait yaratmalı və işğalçı dövlətin nəzərinə münaqişə zonasında mədəni mülkiyyətin qorunmasının vacibliyini çatdırmalıdır..

Azərbaycanın mədəni dəyərlərinə qarşı törədilmiş cinayət əməllərinin, eləcədə bu abidələrə dəymiş zərərlərin qiymətləndirilməsinin aparılması 10 aprel 1998-ci ildə Azərbaycanın Milli Məclisi tərəfindən qəbul edilmiş “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli 51s saylı “İşğal altındakı Azərbaycan ərazilərində itki və tələfatların qiymətləndirilməsi” barədə sərəncamına, «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasına və 2012-ci ildə Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qəbul etdiyi sənədlərə və digər normativ aktlara uyğun həyata keçirilir.

Faiq İsmayılov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şuşanın  mədəni irsinə aid olan tarix və mədəniyyət abidələrinin sayları dəqiqləşdirildi

    Şuşanın mədəni irsinə aid olan tarix və ...

    6-06-2018, 18:11

  • 
  • 25 il Laçınsız...

    25 il Laçınsız... ...

    18-05-2017, 08:00

  • 
  • Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 20 il keçir

    Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 20 ...

    23-07-2013, 00:09

  • 
  • Ağdam rayonunun işğalından 25 il ötür

    Ağdam rayonunun işğalından 25 il ötür ...

    23-07-2018, 10:56

  • 
  • Laçının işğalından 27 il ötür

    Laçının işğalından 27 il ötür ...

    18-05-2019, 11:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu