Rusiya Çindən gələn ölümcül koronavirusa qarşı ciddi tədbirlər görən ölkələrin siyahısına daxil oldu. Bu, yeni baş nazir Mixail Mişustin hökumətinin ilk sınağı olaraq ortaya çıxıb.
Prezident Vladimir Putinin gözlənilmədən etdiyi hökumət dəyişikliyindən sonra işə başladığı ikinci həftəsində, cümə axşamı Mişustin xəstəliyin yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər irəli sürüb.
Mişutin Rusiyanın Çinlə Uzaq Şərq sərhədinin bağlanmasına göstəriş verib.
"Xalqımızı qorumaq üçün hər şey etməliyik" - deyə, o, dövlət televiziyasına verdiyi şərhində bildirib.
Baş nazirin müavini Tatyana Qolikovanın sözlərinə görə, ölkələr arasındakı sərhəd bölgələrində avtomobil və piyada yolları tamamilə bağlanacaq. Rusiya cümə axşamı gecə yarısından başlayaraq 25 sərhəd-keçid məntəqəsindən 16-nı bağlamağı planlaşdırır.
Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Çin vətəndaşlarına son illərdə verdiyi elektron vizalarını dayandırıb və Rusiya vətəndaşlarının da Çinə getmələrinə qadağa qoyub.
Sorğu
Yeni dizaynımız necədir?