Azərbaycan-Rusiya sərhədində yerləşən “Samur” gömrük-keçid məntəqəsində avtonəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə olunur.
Hazırda Azərbaycan tərəfdə nəqliyyat vasitələrinin keçidində hər hansı problem yoxdur, gömrük-keçid məntəqəsi gündəlik iş rejimində fəaliyyət göstərir. Sıxlığın yaranmasına səbəb isə Rusiya Federasiyası istiqamətində yerləşən gömrük-keçid məntəqəsinin nəqliyyat vasitələrinin buraxılışını təmin etmək potensialının aşağı olmasıdır.
Hər iki ölkənin gömrük idarələrinin rəhbərləri arasında telefon danışığı olub və onlar məsələnin tezliklə həlli ilə bağlı tədbirləri müəyyən ediblər.
Mənbənin məlumatına görə, cümə günü saat 14.00-da iki ölkənin gömrük və sərhəd idarələrinin nümayəndələrinin görüşü olacaq
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?