Özünün sabiq əməkdaşı Edvard Snouden tərəfindən ifşa edilən Amerika Milli Təhlükəsizlik Agentliyi (AMTA), sən demə BMT-nin Nyu Yorkdakı mənzil qərargahını da dinləyirmiş. Bu barədə bazar günü alman jurnalı “Spiegel” Snoudenin surətini jurnalistlərə təqdim elədiyi məxfi materiallara istinadən yazıb (RİA-novosti).
Bildirilir ki, məsələn, 2012-ci ilin yayında ABŞ xüsusi xidməti mühafizəni sındırmaqla BMT-nin video-konfranslarını izləyə bilib. Jurnal qeyd edir ki, belə izlənmə Vaşinqtonun BMT ilə imzaladığı müqaviləyə ziddir, hansı ki, hər cür gizli manipulyasiyaları qadağan edir.
Sənədlərdən həmçinin məlum olub ki, AMTA Avropa Birliyi və BMT-nin missiyasını da izləyib. Bundan əlavə, “Spiegel”ə görə, agentlik daxili adı Special Collection Service oaln xüsusi proqram sayəsində ABŞ-ın müxtəlif ölkələrdəki ən azı 80 səfirliyi və konsulluğu vasitəsilə məlumatlar alıb. Belə dinləmə postları həmçini Frankfurt na-Mayn (Almaniya) və Vyanada (Avstriya) olub. Səfirliklərin olduğu ölkələr isə bir qayda olaraq belə dipmissiyalardan bixəbər olublar.
Qeyd edək ki, az öncə AMTA-nın Avropa Birliyinin Vaşinqtondakı və Nyu Yorkdakı nümayəndəliklərini, 38 xarici səfirliyi, o cümlədən NATO üzrə müttəfiq dövlətlərin diplomatik nümayəndəliklərini dinlədiyi barədə məlumat yayılmışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?