Növbəti dinləmə skandalı Eduard Sonudenin açıqladığı axırıncı sənədlərlə ortaya çıxıb.
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) 2010-cu ildə Kanadanın Toronto şəhərində təşkil olunan G-20 zirvəsinə qatılan bütün liderləri Kanadanın NSA-sı olaraq tanınan kəşfiyyat idarəsi CSEC ilə dinlədiyi irəli sürüb.
Kanadanın rəsmi yayın orqanı “CBC”yə göndərilən hesabata görə, G-20 zirvələri üçün NSA-nın dinləmək istəyi hələ də vəzifədə olan baş nazir Stefan Jozef Harper tərəfindən qəbul edilib.
“Top Secret” (Tam Məxfi) damğası və təhlükəsizlik səviyyəsi ilə hökumətə göndərilən və qəbul olunan tələbə görə, ABŞ-ın Ottavadakı səfirliyində altı gün ərzində aralarında Türkiyənin baş naziri Ərdoğan da olmaqla G-8 və G-20 üzvü olan 25 ölkə lideri dinlənilib.
Sorğu
Yeni dizaynımız necədir?