ABŞ Konqresinin yeganə hicablı üzvü İlhan Ömər ölkədəki müsəlman icmalarına baş çəkir və dindaşlarına yəhudi mənşəli Berni Sandersin dini azlıqların hüquqlarını müdafiə edən yeganə potensial ölkə prezidenti olacağı mesajını çatdırır.
Gundemxeber.az bildirir ki, bu haqda Britaniyanın “Qardian”(“The Guardian”) qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, bu günlərdə Ömər Ayova ştatının De-Moy şəhərindəki bir məscidi ziyarət edib və qarşıdakı prezident seçkiləri ilə əlaqədar müsəlman icması ilə söhbət aparıb.
İlhan Ömər ötən ilin oktyabrından bəri prezidentlik uğrunda mübarizədə Berni Sandersi dəstəkləyir. O, Vermontdan olan bu senatorın sosial ədalət uğrunda mübarizə apardığını və insanları birinci və ikinci növlərə bölmədiyini iddia edir...
Xatırladaq ki, müsəlman konqresmen yanvarın əvvəlində prezident Trampın İranla müharibə aparmaq planlarına da etiraz edib. 2019-cu ilin martında isə Amerikadakı antisionist ortodoksal yəhudilər İsrail hakimiyyətinə qarşı açıqlamaları səbəbindən qınağa məruz qalan ABŞ-ın ilk hicablı müsəlman konqresmeni olan İlhan Ömərə dəstək vermişdilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?