İsrail polisi İslamı qəbul etmiş yəhudi qadınla müsəlman kişinin toyunda aksiya keçirən dörd nəfər ultrasağçı fəalları saxlayıb.
Təl-Əviv yaxınlığındakı Rishon Lazion şəhərində toy günü keçirilən aksiyada yüzlərlə insan iştirak edib. Mahmud Mansur adlı bəy aksiyanın qadağası ilə bağlı məhkəməyə müraciət etsə də, rədd cavabı alıb. Ərəb-müsəlmanlar və yəhudilər arasında nigaha qarşı çıxan Lexava təşkilatının üzvləri toy mərasiminin keçirildiyi binaya 200 metr yaxınlaşmayacaqları halda aksiya keçirməyə izn alıb. Lakin təşkilatın dörd üzvü bu iznə qarşı çıxıb və həbs edilib. Bu aksiya ilə yanaşı yeni evliləri dəstəkləyən nümayiş də keçirilib. Yüzlərlə polis nümayişçilərin toqquşmasının qarşısını almağa çalışıb. Yeni evlənənlər toya 500 nəfər dəvət edib. İsrail prezidenti Reuven Rivlin Mahmud və Morel Malkaya xoşbəxtlik arzu edib və mühafizəkarları qınayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?