Rusiya Prezidenti Vladimir Putin 4 generalın və 1 polkovnikin vəzifədən kənarlaşdırılması ilə bağlı sərəncam imzalayıb.
Sərəncamla DİN-in Amur vilayəti üzrə şöbə rəisi, general-mayor N.N.Aksenov, DİN-in Primorsk diyarı üzrə şöbə rəisi, general-mayor N.N.Afanasyev, Komi Respublikası DİN rəhbəri, general-mayor V.N.Polovnikov, Moskva vilayəti üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin rəis müavini, ədliyyə polkovniki A.Q.Sarafanov və FHN-nin Çeçenistan Respublikasında Baş İdarəsinin rəisi, general-leytenant R.X.Yaxyev vəzifəsindən azad edilib.
Sorğu
Yeni dizaynımız necədir?