İranın İraqdakı ABŞ bazasına endirdiyi raket zərbələri zamanı Birləşmiş Ştatların azı 109 hərbi qulluqçusu xəsarət alıb.
Bu barədə RİA “Novosti”yə Pentaqonun mətbuat xidmətindən bildirilib.
"Bu, son hesabatdakından 45 nəfər çoxdur", - hərbi müəssisədə qeyd edilib.
Mətbuat xidmətinin məlumatına görə, artıq 76 hərbçi vəzifələrinin icrasına qayıdıb. Almaniyaya daha dəqiq müayinə üçün ümumilikdə 27 hərbçi göndərilib. Lakin sonra onlardan 21-i ABŞ-a göndərilib.
Qeyd edilir ki, həkimlər 5 nəfərin səhhətinin müalicəsini davam etdirirlər, 1 nəfər İraqdakı xidmətinə qayıdıb.
Xatırladaq ki, ABŞ yanvarın 3-də Bağdadda İran generalı Qasım Süleymaninin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat keçirib. İran buna cavabında İraqın qərbində ABŞ hərbçilərinin yerləşdirildiyi Eyn-al-Asad bazasına raket zərbələri endirib. Əvvəlcə ABŞ prezidenti Donald Tramp və Pentaqon rəhbərliyi atəş zamanı xəsarət alanın olmadığını bildirirdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?